Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir

0
227

Testis toxumaların qənaətbəxş işləməsi üçün orta bədən istiliyindən iki dərəcə aşağı temperatur tələb olunur ki, bu da 35C-dir.

Bu barədə uroloq-androloq, Hüseyn Sadıqov bildirib.

Onun sözlərinə görə, bu temperatur rejimi bədəndən kənarda olan xayalıqda saxlanılır. Tez-tez isti vanna qəbul edərkən, testis toxumaları yaxşı işləmir ki, bu da sperma keyfiyyətini azaldır və kişi sonsuzluğunun inkişafına səbəb olur.

İsti vannalar, sauna və hamamlara tez-tez baş çəkmək Leydig hüceyrələrində (xayaların toxumalarında hormon istehsal edən hüceyrələr) testosteronun sintezini azaldır. Buna görə də kişilərdə libido və orqazm keyfiyyəti azalır, erektil disfunksiya yaranır,

Sadıqovun sözlərinə görə, hamiləliyin planlaşdırılmasından kənar, kişilər həftədə iki dəfədən çox olmamaqla saunaya getməli və ya isti vanna qəbul etməlidirlər. Hamiləliyə hazırlıq dövründə bu prosedurlardan qəti şəkildə imtina edilməlidir.

“İlk növbədə xayalarda yüksək hərarət spermanın hərəkətliliyinə və morfoloji parametrlərinə təsir edir”, – ekspert xəbərdarlıq edib.