Həkimdən Günəş XƏBƏRDARLIĞI – 5 il sonra bu xəstəlikdən əziyyət çəkmək istəmirsinizsə…

0
125

Məşhur həkim Günəşin ultrabənövşəyi şüalarının vura biləcəyi zərərdən danışıb.

Dr. İqor Samoilenko ultrabənövşəyi şüaların dəridə bədxassəli törəmələrin yaranmasına kömək etdiyini bildirib.

O, ultrabənövşəyi şüaların təsirinn bir anda hiss edilməsə də, 5-15 il ərzində insan dərisində bədxassəli neoplazmaların yaranmasına səbəb olduğunu qeyd edib.

“Ultrabənövşəyi şüalar normal dəri hüceyrələrinin dərhal bədxassəli hüceyrələrə çevrilməsinə səbəb olmur, lakin onların DNT-sində gözə görünməz izlər buraxır. Beləliklə, Günəşdən qorunmayanlar 5-15 ildən sonra dəhşətli xəstəliklə üzləş bilirlər”, – Samoilenko əlavə edib.

Onun sözlərinə görə, ultrabənövşəyi şüalar fotoqocalma və müxtəlif növ dəri xərçəngi ilə əlaqələndirilir.

“Yaz və yay aylarında temperaturdan asılı olmayaraq, dərinizi ultrabənövşəyi şüalardan qorumağa çalışmalısınız. Bunun üçün SPF-li kremlərdən, xüsusi geyimlərdən, bir sözlə sizi Günəşdən maksimum qoruya biləcək vasitələrdən sitifadə etməlisiniz. Ən yaxşısı isə Günəşin pik həddə olduğu saatlarda çölə çıxmamaqdır. Bu saatları qapalı məkanlarda keçirmək məsləhətdir”, – deyə həkim vurğulayıb.