Həkimdən çağırış: Koronavirus çox dəhşətli xəstəlikdir, mütləq vaksin vurdurun

0
333

“Xüsusi risk qrupunda olanların vaksinasiyadan keçməsi çox vacibdir. Mən özüm də vaksin vurdurmuşam. Heç bir fəsad müşahidə olunmayəb. Sabah da ikinci mərhələdir, növbəti vaksini vurduracağam. İnsalar özlərinin və çevrələrindəki insanların sağlamlığını qorumaq üçün vaksinasiyadan keçməlidirlər”.

Bunu açıqlamasında 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elmira Eminova deyib. Xüsusi yaş qrupundakı insanlara vaksinasiya ilə bağlı çağırış edən tibb işçisi əlavə edib ki, xəstəxanadakı həmkarlarımın da hamısı vaksinasiyadan keçiblər:

“Onların da hər hansı birində fəsad qeydə alınmayıb. Xüsusi risk qrupunda olan vətəndaşlarımızın hamısına SİNOVAC vaksinini vurdurmağı məsləhət görürəm. Mənim bir xəstəm bu gün müayinəyə gəlmişdi. Yan xəstəlikləri olan pasiyent idi. Təzyiqli xəstədir. Yoxlandı, vaksinin heç bir fəsadı olmadığı üzə çıxdı”.

“Biz şəhər və mobil telefonla qeydiyyatda olan xüsusi risk qrupundakı xəstələrimizə bir-bir zəng edirik”, – deyən həkim vaksinasiya ilə bağlı maarifləndirmə işlərini də apardıqlarını söyləyir:

“Yaşı 65-dən yuxarı ola insanları vaksinasiyadan keçməyə çağırırıq. Onu da deyim ki, əhalinin azı 30 faizi bizə zəng edir. Zəng edib bizi axtarırlar ki, vaksin vurdursunlar. Ölkəmiz SİNOVAC vaksinlərini almaqla çox gözəl iş görüb. Dövlətimiz insanlarımızın sağlamlığının qeydinə qalır. Çünki koronavirus çox dəhşətli xəstəlikdir. Biz yaydan bu işin içərisindəyik. Hətta noyabr, dekabr aylarında bu virusa yoluxanlar hələ də sağalmayıblar”.