“Həddindən artıq C vitamininin qəbulu aterosklerozun ağırlaşmasına, böyrək daşlarına və dölün bətndaxili inkişafının pozulmasına səbəb ola bilər”.
Bunu rusiyalı diyetoloq Yelena Solomatina deyib.
C vitamini orqanizmin normal fəaliyyəti üçün vacib olsa da, onun həddindən çox istehlakı toxumalara zərər verə bilər. Bu, həmçinin aterosklerozun ağırlaşmasına və böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.
Bundan əlavə, hamiləlik dövründə bu vitaminin həddindən çox qəbulu dölə, südvermə dövründə isə qadına və körpəyə zərər verə bilər. Buna görə də hamilə və uşaq əmizdirən qadınların C vitamini qəbul etmələri təhlükəlidir.