
“Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.
Bunu açıqlamasında həkim Mədinə Abdullayeva deyib.
O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:
“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.