Həkim korona xəstələrinin müalicəsi haqqında VACİB DETALLARI açdı

0
445

Koronavirus xəstələrinin bəzisində çox güclü iştahasızlıq müşahidə edilir. Həm dad bilmənin itməsinə, həm də ürəkbulanmaya və depressiyaya görə yeməyə qarşı ikrah hissi olur. Bu cür xəstələrə gündə 4 dəfə 1 çay qaşığı balıq yağı içmək tövsiyə olunur. Balıq yağı iştahı artırır, doyma hissini azaldır.

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim təyin edilən dərmanlar barədə vacib tövsiyələr verib:

“B1 vitamini çatışmazlığı ehtimal olunursa, ( məsələn sidik qovucu ilə müalicə) B1 təyin edin.

Xəstədə qanda qlükoza yuxarıdırsa, aclıq hissi olmayacaq, qlükozanı normallaşdırın. Ən güclü iştahgətirici maddələrdən birinin insulin olduğunu xatırladıram, ehtiyatla istifadə etmək olar.

Həzmi yaxşılaşdıran festal, köpü götürən espumizan, aktivia, aktiv kömür pereparatları ehtiyac varsa, təyin olunmalıdır.

Depressiyanı götürmək üçün antidepressant təyin etmək olar.

1 ampul “Dynamogen” yeməkdən 1 saat qabaq içilməlidir. MAO inhibitor antidepressant yazılıbsa, bu pereparat olmaz. Amma antidepressant qəbul etməyən xəstələrə gündə 3 ampula qədər içmək olar.

Marinol pereparatı yalnız ən ağır anoreksiyası olan (anorexia nevroza, QİÇS) ümidsiz xəstələrə verilməlidir. Müəllimim professor Musa Qəniyevlə də bu barədə məsləhətləşdim, bu pereparatın satışı bizim ölkə də daxil olmaqla bir çox ölkələrdə qadağandır. Sadəcə həkimlərə ən son variant kimi xatırlatmaq olar.

Bəzən yuxarıdakıları heç cür qəbul edə bilməyən xəstələr də olur, adi tableti də içməkdən imtina edənlər. Onlara sedasiya ilə müvəqiqəti nazoqastral zond qoyaraq yuxarıdakıları tətbiq etmək olar, həzm sistemi aktivləşənə qədər”.