Həkim arıqlamağa kömək edən SİRRİ AÇDI

0
586

Tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov arıqlamaq istəyən hər kəsə dünya şöhrətli balerina Maya Plisetskayanın pəhrizini tövsiyə edib.

“Moskva Danışır” radiostansiyasına müsahibəsində həkim səbəbləri belə izah edib: “O, həmişə deyirdi ki, həddindən artıq çəki həmişə kalorili qidalanmanın artması və enerji xərclənməsinin azalması ilə əlaqələndirilir”.

Jemçuqovun sözlərinə görə, ofis işçiləri adətən gündə orta hesabla 1,5 min kalori sərf edirlər.

“Əgər orta yaşlı bir adam 1,5 mindən az kalori qəbul etsə, arıqlayacaq. Kalorinin miqdarı 1.5000-dən çox olarsa, sağlam və heç bir diabet xəstəliyi olmayan insan kökəlməyə başlayacaq”.

Ekspert onu da əlavə edib ki, qida miqdarının azaldılması ilə də arıqlaya builməyən insan mütləq həkimə getməli, qanda şəkərin, hemoqlobin və hormonların səviyyəsini, cinsiyyət orqanları və tiroid vəzini yoxlatdırıb müayinə olunmalıdır.

“Hər şey qaydasındadırsa, karbohidrat miqdarını təyin etməlisiniz” , – deyə immunoloq qeyd edib.

Mütəxəssis sonda arıqlamağa təşviq edən məhsulları adını açıqlayıb. Onun sözlərinə görə, çəki atmaq istəyən insanlar pəhrizə qatıq, kefir, turşu kələm və çay kimi əsaslı içkilər əlavə etməlidirlər.