Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu…

0
431
Onların göz yaşları içərisində cinayətlərini etiraf etdikləri video nümayiş edildi…
Türkmənistanda Həcc ziyarətinə dövlət hesabına pulsuz  yollanmalı olan zəvvarlardan rüşvət alan cinayətkar qrup ifşa edilib.
Bu haqda Türkmənistan televiziyası reportaj yayımlayıb. Ötən cümə günü ölkənin Baş prokuroru Batır Atdayev hökumətin geniş iclasında cinayətin təfərrüatlarını açıqlayıb.
Məlum olub ki, 2018-ci ilin sentyabrından 2019-cu ilin iyuluna qədər bir qrup məmur Məkkə və Mədinəyə Həcc ziyarətinə  dövlət hesabına gedənlərin siyahısına salmaq üçün  bəzi vətəndaşlardan xüsusilə böyük məbləğdə rüşvət alıb. Onların arasında  Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin aparıcı əməkdaşları da var. İstintaqın nəticələri əsasında şübhəlilər  cinayət məsuliyyətinə cəlb olunub. İstintaq çərçivəsində cinayətkarların ələ keçirdiyi  külli miqdarda vəsait, 4 mənzil, avtomobillər və digər əmlak müsadirə edilib.
Hökumət iclasında məhkumların cinayətlərini etiraf etdikləri, tövbə etdikləri və göz yaşları içərisində bir daha belə işlər görməyəcəklərinə söz verdikləri görünən video nümayiş olunub.