Həbs edilmiş vəzifəli şəxslə bağlı MARAQLI FAKT

0
361
Həbs edilmiş vəzifəli şəxslə bağlı MARAQLI FAKT

Ağstafa rayon Həsənsu kənd inzibati dairəsi üzrə icra nümayəndəsi Vəliyev Vəkil Səfər oğlu ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Kənd icra nümayəndəsi təxminən 4 ay bundan öncə tuttuğu vəzifədən azad edilib. Hazırda sözügedən vəzifəni onun müavini Elşən Əsgərov icra edir. Vəkil Vəliyev işdən azad olunduqdan bir müddət sonra həbs edilib.

Məlumat üçün bildirək ki, icra nümayəndəsi vəzifə saxtakarlığı və digər qanunsuz əməllərlə bağlı təqsirli bilinir.

Baş Prokurorluq bu gün onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinin açılması barədə məlumat yayıb.