Güzəştli ipoteka krediti üçün YENİ LİMİTLƏR: bu tarixdən başlayır

0
149

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Bu barədə İKZF-dən bildirilib

“Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

Ötən il İKZF-in müvəkkil bankları tərəfindən 461,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,2 % çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə 492 milyon manat məbləğində kredit (artım 20,9 %) ayırıb.

2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34 % dərəcəsi ilə verilib.