Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq

0
579

Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə olunan şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşamaq hüququ olan gürcüstanlı soydaşlarımız da var.

Onlar avqustun 7-də Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçiriləcəklər. COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək.

Təxliyə olunan şəxslər səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı Azərbaycana çatdırılıb.