Gürcüstanda YENİ QANUN – LGBT qadağan olundu

0
103

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul olunub.

İclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.

Qanun layihələri paketi 81 səslə qəbul edilib.

Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində, LGBT mövzusunda reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcəklər.