Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib.
Qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.
Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.
Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır.
Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər.
Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.