Gürcüstanda ilk dəfə gün ərzində koronavirusa yoluxma qeydə alınmayıb

0
439

Gürcüstanda koronavirus qeydə alındıqdan sonra ilk dəfə gün ərzində virusa yoluxma baş verməyib.

Bunu Tbilisi infeksiya xəstəxanasının direktoru brifinq zamanı deyib.

İlk dəfə Gürcüstanda koronavirusa yoluxma fevralın 26-da qeydə alınıb.

Bu günədək ölkədə 879 nəfər yoluxub, 14 nəfər ölüb. 724 nəfər sağalıb, 141 nəfərin müalicəsi davam edir.