Gürcüstan parlamentinin üzvləri hərbi xidmətə çağırış qaydasında dəyişiklikləri nəzərdə tutan yeni Müdafiə Məcəlləsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni müdafiə məcəlləsinə əsasən, hərbi xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək.
2025-ci ildə qüvvəyə minəcək yeni çağırış sisteminə görə, 10 min lari (təxminən 4 min dollar) ödəməklə yalnız bir dəfə bir il müddətinə hərbi xidmətdən möhlət əldə etmək olar.
Həmçinin, qanun layihəsi kilsə nümayəndələrinə ordudan möhlət verilməsi qaydasını ləğv edir.