Gürcüstanda etirazlar YENİDƏN ALOVLANDI

0
14

Gürcüstan müxalifətinin tərəfdarları yenidən ölkə parlamentinin binası yaxınlığında etiraz aksiyasına toplaşıblar.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Radikal etirazçılar binanın metal hasarına hücum edərək, üzərinə fişənglər atmağa başlayıblar.

İzdihamda Gürcüstan, Avropa İttifaqı və Almaniya bayraqları görünür.

Polis əməkdaşları parlament binası yaxınlığındakı ara küçələrdən birini bağlayıblar. Hazırda onlarla etirazçılar arasında toqquşma yoxdur.