
Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.
Bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.
Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tiflisə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.
Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.