Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə iki yeni koronavirusa yoluxma qeydə alındı

0
391

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda koronavirusa iki yeni yoluxma halı qeydə alınıb.

COVID-19-a yoluxanlar Kirəç-Muğanlı kəndinin sakinləridir.

Hazırda həmin şəxslərin təmasda olduğu insanlar müəyyən edilir.

Qeyd edək ki, bu vaxta qədər rayonda koronavirusa 43 yoluxma halı olub.