Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun İmirhəsən kəndi tamamilə karantinə alınıb.
Bu barədə yerli sakinlər məlumat verib.
Bildirilib ki, kənd sakinlərindən 15 nəfərdə yeni tip koronavirusa (COVİD-19) yoluxma aşkarlanıb. Bu səbəbdən kənd izolyasiya olunub və giriş-çıxış yerli hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.