Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.
Bildirilir ki, hadisə Ninotsminda bələdiyyəsinin Toriya kəndində baş verib.
Davanın milli deyil, məişət zəmində baş verdiyi vurğulanıb. Belə ki, mal-qaranın qonşu örüş sahəsinə girməsi ilə iki tərəf arasında münaqişə başlayıb.
Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılsa da, artıq onların hamısı buraxılıb.