Gürcüstanda Azərbaycanın ümummilli liderinin xatirəsi yad edilib

0
371

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev və digər şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Ziyarətdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, azərbaycanlı iş adamları, ziyalılar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Anım günü çərçivəsində səfirliyin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının konfrans zalında Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçiriləcək.