Gürcüstan SOCAR-dan 200 milyon kub metr qazı güzəştli tariflə alacaq – FOTO

0
482

Gürcüstan Azərbaycandan 200 milyon kub metr həcmdə sosial təyinatlı güzəştli qaz idxal edəcək.

Müvafiq qərarla bağlı Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş baş tutub.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasındakı qonşuluq münasibətləri, həmçinin, müxtəlif əməkdaşlıq sahələri üzrə müzakirələr aparılıb.

SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələrinə və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında təbii qaz sahəsində uğurlu əməkdaşlıq qurulduğu və bu əməkdaşlığın nəticəsində ölkədəki sosial təyinatlı qazın qiymətinin optimallaşdırılmasına dair razılaşmanın əldə edildiyi vurğulanıb. Gürcüstan hökumətinin tapşırığı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası ilə SOCAR arasında aparılan danışıqların nəticəsində 200 milyon kub metr həcmində sosial təyinatlı qazın endirimli tariflə ixrac edilməsinə dair razılığa gəlinib.

2016-cı ildən bəri qüvvədə olan Sosial Qaz Təchizatı Müqaviləsinə dəyişiklik Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Neft və Qaz Korporasiyasının Baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən bu gün baş tutan görüşdən sonra imzalanıb.

Qeyd edilib ki, bu razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qaz qiymətlərini uzun müddət saxlaya biləcək.