Gürcüstan saytı Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı çıxışından yazıb

0
638

Gürcüstanın report.ge informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı ilə əlaqədar məqalə yayıb.
“Azərbaycan xalqı Qarabağ münaqişəsinin həlli ilə bağlı mənasız danışıqlardan bezib” sərlövhəli məqalədə Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər əksini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına istinadla yayılan materialda deyilir: “Azərbaycan xalqı Qarabağ münaqişənin həlli ilə bağlı mənasız danışıqlardan bezib. Ona görə də bu məsələnin həlli ilə məşğul olanlar və öz vasitəçilik missiyasını irəli sürənlər düşünsülər ki, Azərbaycan xalqının səbri sonsuz deyil”.
Azərbaycan Prezidenti, həmçinin deyib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bizim fikrimiz qətidir”.