Gürcüstan-Rusiya avtomagistralı bağlandı

0
304

Yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bağlanıb.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Minik avtomobilləri isə yol polisinin nəzarəti altında hərəkət edə bilir.

Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.