Gürcüstan prezidenti Mehriban Əliyevanı təbrik etdi

0
584

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Təbrik mətnində deyilir:

“Zati-aliləri, əziz Mehriban,

Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram.

Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir.

Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı.

Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır.

Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm.

Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəylik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək.

Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznlə başsağlığı verirəm.

İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.

Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım”.