Gürcüstan parlamentində dava – Video

0
566

Gürcüstan parlamentində dava düşüb.

Dava hakim Gürcü Arzusu Partiyası ilə Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının deputatları arasında yaşanıb.

Davaya səbəb müxalifətin parlamentin birinci vitse-spikeri Tamara Cuqoşvilidən etirazçıların tələblərinin, o cümlədən Daxili İşlər naziri Georgi Qaxariyanın istefasının müzakirə edilməsini istəməsi olub. Bundan sonra deputatlar arasında dava yaşanıb və Cuqoşvili texniki fasilə elan edib.

Müxalif deputatlar isə etiraz olaraq iclas zalını tərk ediblər.