Gürcüstan Moskvaya meydan oxuyur: Qoşunlarını bu ərazidən çıxart!

0
80

“Moskvanın bu bəyanatlardan sonra təsirli addımlar atması yaxşı olardı”.

Bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Bu prosesin tərkib hissəsi kimi o, rus qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çıxarılması planının hazırlanmasına başlamağı təklif edib. Kaladze Gürcüstan hökumətinin “osetin qardaş və bacılarına” sülh üçün hər şeyi edəcəyini vurğulayıb: “Yalnız sülh və qarşılıqlı bağışlama yolu ilə biz ərazi bütövlüyünü və birgə yaşayışı bərpa edə bilərik”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Rusiya Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında sülhün əldə olunmasına yardım etməyə hazırdır. O əlavə edib ki, tərəflər barışıq formatını müstəqil seçməlidir.