Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Bu ölkənin “marneulifm.ge” informasiya portalı Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.
Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.