Gürcüstan hələlik əcnəbilər üçün qapalı qalacaq

0
386

Turizm ölkəsi olan Gürcüstan hələlik əcnəbilər üçün qapalı qalacaq.

 

 

İsrail Gürcüstanla “təhlükəsiz turizm dəhlizi”nin açılacağı ilk ölkə olmalı idi. İyun ayının 15-dən etibarən bu dövlətin vətəndaşlarının qəbulu planlaşdırılırdı. Lakin İsraildə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar planlar pozuldu.

“Düz bir həftə əvvəl orada elə şeylər başladı ki… Epidemioloji vəziyyət sadəcə partladı”, – deyə Gürcüstanın Baş naziri Georgi Qaxariya bildirib.

Onun sözlərinə görə, bütün şərtlər razılaşdırılmışdı, sadəcə, sənədi imzalamaq qalmışdı. Ancaq son anda hər şey təxirə salındı.

Gürcüstan hazırda bir neçə ölkə ilə dəhlizlərin yaradılması barədə danışıqlar aparır. İyulun 1-dən etibarən ölkənin xaricdən gələnləri qəbul etməyə başlaması planlaşdırılır.