2020-ci ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 136,8 milyon dollar məbləğində 802 768 ton təbii qaz və digər qazabənzər karbohidrogen idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verir.
Statistikaya əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 545 ton azdır.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 21,2 milyon dollar məbləğində elektrik enerjisi idxal edib.
Bu müddət ərzində Azərbaycandan Gürcüstana 13,5 milyon dollar məbləğində 41 870 ton neft və neft yağları ixrac edilib.
2020-ci ilin ilk dörd ayı ərzində Azərbaycanın Gürcüstanın ticarət dövriyyəsində üçüncü yeri tutub.
Bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsi 367 milyon dollardan çox olub ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 10,6 faizini təşkil edir.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 211,8 milyon dollara bərabər olub ki, bu da ölkə ixracının 9 faizini təşkil edir.
Eyni zamanda Azərbaycandan 145,1 milyon dollar məbləğində məhsul idxal olunub ki, bu da idxalın 14,5 faizinə bərabər olub.