Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

0
207

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub.

Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb. 25 km dərinlikdə meydana gələn zəlzələnin maqnitudası 4,4 bal olub.

Zəlzələ episentrdə dörd, ətraf rayonlarda üç bala qədər hiss olunub.