Gürcü müxalifətinin ETİRAZ PLANI: bütün dünyanın görəcəyi…

0
306

“Bazar günü, noyabrın 7-də müxalifət Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası keçirəcək”.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın lideri Nika Melia parlament önündə keçirilən etiraz aksiyasında bildirib.

Onun sözlərinə görə, müxalifətə xalqı səfərbər etmək üçün vaxt lazımdır və mitinqin təfərrüatları daha sonra müzakirə olunacaq.

“Biz əlbəttə ki, yüksək motivasiya, barışmaz mübarizə ilə yaxın gələcəkdə çox böyük bir cəbhə açmağa gedirik. Çərşənbə axşamı dostlarımızla birlikdə Batumiyə gələrək orada olmaq və etiraz etmək niyyətindəyik. Yaxın günlərdə Kutaisidə və müxtəlif şəhərlərdə olacağıq, lakin çox vacibdir ki, ciddi təşkilati məsələləri həll edək. Bütün dünyanın görəcəyi genişmiqyaslı etirazlar baş verəcək”, – deyə N. Melia bildirib