Gürcü liderdən Tovuz hücumuna: Gözəgörünməz düşmən…

0
654

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Dövlət başçısı bölgədə sülh və təhlükəsizliyin önəmli olduğunu bildirib.

“Bu gün gözəgörünməz düşmənlə birgə mübarizə aparılan bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitliyin saxlanılması böyük əhəmiyyətə malikdir. Bölgəmizdə sülh və sabitlik həm Gürcüstan, həm də dost və tərəfdaş ölkələr – Azərbaycan və Ermənistanın gələcək inişafı və tərəqqisi üçün önəmlidir”, – Prezident vurğulayıb.

Zurabişvili qeyd edib ki, lazımi addımlar zamanında atılacaq və sülh danışıqları yolu ilə vəziyyətin gələcək eskalasiyasına yol verilməyəcək.