Xüsusilə də ilk “Apple” məhsulunu almaq istəyən şəxslər “iPhone” telefonunun alışına xüsusi ehtiyat və diqqətlə yanaşırlar. “iPhone” aldıqdan sonra dayanmaq mümkün deyil. Belə ki, “iPhone” alan şəxs özünü tezliklə “iPad” və hətta “Mac” almaqdan saxlaya bilmir.
“Apple” şirkətinin istehsal etdiyi digər məhsullar məhsul kimi “iPhone” da dövrümüzdə zamanla ayaqlaşan və yenilikləri izləyən hər kəsin “olmazsa olmaz”ıdır. Bu, təkcə qüsursuz keyfiyyət və təkrarolunmaz stillə bağlı deyil, həm də müəyyən status göstəricisidir.
Bəs təəssüratı korlamamaq və vicdansız satıcının “qurbanı” olmamaq üçün nə etmək lazımdır? Hansı yolla saxta məhsullardan özünü qorumaq və dələduzların tələsinə düşməmək olar? Sizə orijinal “iPhone” satıldığına necə əmin olmaq olar? Bir çox alıcını maraqlandıran bu sualların cavablarını bu materialda tapacaqsınız.
“Apple” şirkətinin məhsullarının populyarlığı artdıqca orijinal smartfonların Çində istehsal edilmiş saxta nümunələrinin sayı da artır. Əgər bir neçə il əvvəl saxta məhsulu korpusun səsindən, kameranın qabarıq işığından, “lightning” konnektorunun ətrafındakı vintlərdən və ya displeydəki keyfiyyətsiz şəkildən ayırd etmək olurdusa hazırda bacarıqlı saxta məhsul istehsalçıları “iPhone”un ideal surətlərini hazırlaya bilirlər.
Saxta məhsul ustaları alıcıların getdikcə bu məsələlərdə daha hazırlıqlı olmağa başladıqlarını artıq çoxdan anlayıblar, amma istənilən halda, gəlin “iPhone”un əsas zahiri fərqlərinə nəzər yetirək və orijinal smartfona xas 5 sadə əlaməti gözdən keçirək:
– cihazın arxa qapağının üzərində Çin ieroqlifləri yazılmır, yalnız ingilis dilində “iPhone, Designed by Apple in California, Assembled in China” yazısı əks olunur;
– daxilində heç bir “microSD” kartı, üzərində heç bir yığılıb-açılan anten yoxdur;
– yalnız “lightning” konnektoruna malikdir;
– hamar və səliqəli yığılma. Arxa paneldə yalnız kameralı blok qabarır;
– orijinal “iPhone”un korpusu monolitdir, belə ki, arxa qapağı ayrıca çıxarmaq mümkün deyil.
Əgər xarici görkəmin surətini hazırlamaq hələ mümkündürsə, “içlik”lə bağlı vəziyyət daha qəlizdir. Bu səbəbdən, yekun yoxlama üçün https://isupport.az/ saytına daxil olmağı və seçdiyiniz “iPhone” smartfonuna Azərbaycanda rəsmi zəmanət verilib-verilmədiyini yoxlamağı tövsiyə edirik. Bunun üçün həmin cihazın seriya nömrəsini saytın əsas səhifəsindəki pəncərəyə daxil etmək lazımdır. Seriya nömrəsini “sim-kart” slotunda və “iPhone”un qutusu üzərində tapa, yaxud “Kökləmələr” – “Əsas” – “Cihaz haqqında” bölmələrinə daxil olaraq əldə edə bilərsiniz.
Orjinal “iPhone” almağın ən asan və sınaqdan çıxmış üsulu onu “Apple” şirkətinin rəsmi satış nümayəndələrindən almaqdır. Rəsmi satış nümayəndələrinin siyahısı və ünvanları ilə aşağıdakı saytlarda tanış ola bilərsiniz:
– https://www.apple.com/az/buy/
– https://isupport.az/
Hazırda “Apple” şirkətinin Azərbaycanda fəaliyyət göstərən 5 rəsmi satış nümayəndəsi məhsulların və istehsalçı xidmətlərinin keyfiyyətinə zəmanət verir. Söhbət “Apple Premium Reseller” statuslu “AlmaStore” mağazası və 4 təsdiq edilmiş rəsmi satış nümayəndəsi – “Kontakt Home”, “Irshad”, “My Shops” və “Baku Electronics” mağazalarından gedir.
Artıq Azərbaycanda orijinal “iPhone”u haradan və necə almağın, aldanmamağın və alışdan yalnız müsbət təəssürat qazanmağın yolunu bilirsiniz.