Günəşlə bağlı XƏBƏRDARLIQ: bu gün elektron əməliyyatlarda fasilələr yaranacaq

0
117

Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər.

“AR3664” adlandırılan günəş ləkəsi hazırda Yerdən 17 dəfə genişdir.

Müşahidə olunan geomaqnit qasırğası bu gün Avropa və Afrikada qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub. Ancaq nəticələr daha ciddi ola bilər.

Alimlərin sözlərinə görə, bu gün GPS və hətta elektron əməliyyatlar (o cümlədən kart ödənişləri) ilə bağlı fasilələr ola bilər.

Digər tərəfdən, ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Günəş ləkələri barədə xəbərdarlıq edib.

Bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin (SWPC) yaydığı məlumata görə, fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər. Qeyd olunub ki, ABŞ-ın kritik infrastruktur operatorları müvafiq bildiriş alıblar.