
Günəşdə potensial təhlükəli hissəciklər aşkar edilib. Onlar Günəş fəaliyyəti zamanı yüksək sürətlə atılırlar. Yerə qədər çatan bu hissəciklər, peyklərin işini poza bilər.
Los-Ancelesdə Kaliforniya Universiteti və ABŞ-dakı Corc Meyson Universitetinin astronomlarının bu tədqiqatı “Scienve Advances” jurnalında dərc olunub.
Məlumatlar Yerlə Günəş arasındakı orbitdə “Wind” zondu ilə əldə edilib.
Cihaz 2014-cü ildə hər biri ən azı bir gün davam edən bir sıra hissəcik axını qeydə aldı.