Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

0
201

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası Günəşdə böyük alışma baş verdiyini açıqlayıb.

Bu gün səhər tezdən Günəşdə ən yüksək X dərəcəli məşəl qeydə alınıb. Məlumata görə məşəllər hələ də müşahidə olunur.

“Yerin maqnit sahəsinə ən çox təsir edən və sürətindən asılı olaraq maqnit fırtınalarına səbəb olan plazma buludları bazar günü axşam və ya bazar ertəsi səhər saatlarında Yerin orbitinə yaxınlaşacaq”, – deyə mütəxəssislər xəbərdarlıq ediblər.