Günəşdə güclü partlayış oldu: dekabrın 16-da…

0
225

“Phobos” Hava Mərkəzinin sinoptikləri son altı ildə Günəşdə ən güclü partlayış qeydə alıblar.

Bu barədə mərkəzin saytında məlumat verilib.

Bildirilib ki, X2.8 intensivliyi ilə ən güclü partlayış Bakı vaxtı ilə təxminən 21:00-da qeydə alınıb.

“Bu, ilin əvvəlindən bəri ən güclü günəş partlayışdır”, – sinoptiklər bildirib.

Mütəxəssislər əlavə ediblər ki, Yerə ən yaxın olan ulduzda sonuncu dəfə belə partlayış 2017-ci ildə qeydə alınıb.

Günəşdə partlayışlar Yer kürəsində geomaqnit qasırğaları ilə müşayiət oluna bilər – sinoptiklər bu hadisənin əlamətlərinin dekabrın 16-da hiss olunacağını düşünürlər.

Bundan əvvəl Günəşdə nəhəng qaranlıq dəlik əmələ gəlmişdi, kosmik küləyi sovurmuşdu.

Xatırladaq ki, astranomlar Günəş aktivliyinin pik nöqtəsinin 2024-cü ilin əvvəlində baş verəcəyini proqnozlaşdırıblar.