Günəşdə güclü partlayış baş verib

0
13

Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Mayın 12-də Moskva vaxtı ilə saat 3:01-də (Bakı vaxtı ilə 4:01) 4079 (N08W89) günəş ləkələri qrupunda rentgen diapazonunda 11 dəqiqə davam edən M1.9 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Monitorinq məlumatlarına əsasən, son 24 saat ərzində Günəş rentgen partlayışlarının Yerin ionosferinə təsir səviyyəsi R1-ə (zəif), Yerin maqnit sahəsinin dalğalanma dərəcəsi isə G1-ə (zəif) çatıb.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.