Günəşdə ən yüksək səviyyədə PARTLAYIŞ

0
113

Mayın 27-də Günəşdə ən yüksək güc sinfi olan X səviyyəsində partlayış qeydə alınıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun alimləri məlumat yayıblar.

Məlumata görə, Bakı vaxtı ilə 11:08-də rentgen diapazonunda 36 dəqiqə davam edən X2.9 partlayışı qeydə alınıb.

Bu Günəş aktivliyi qısa dalğalı radio rabitəsində fasilələrə səbəb olub.