Güclü zəlzələ İRANI SİLKƏLƏDİ – Ölən və yaralılar var

0
328

İranın paytaxtı Tehranda 5,1 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə yeraltı təkan yerli vaxtla 00:48 radələrində Tehran əyalətinə bağlı Devamənd rayonunda qeydə alınıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 60 yaşlı sakin həlak olub, 11

nəfər yaralanıb.