Güclü küləyin fəsadlarına görə işıqsız qalan qəsəbəyə enerji verilişi bərpa edildi – YENİLƏNİB

0
379

Güclü küləklə əlaqədar olaraq baş verən qəza səbəbindən Saray qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb. 

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, artıq ərazidə elektrik enerjisi verilişi bərpa edildi.

13:09

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

Güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.

Dam örtüyünün ərazidən keçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsində elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə Azərişıq ASC-nin əməkdaşları cəlb edilib. 

Azərişıqdan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.