Güclü külək Goranboyda fəsadlar törətdi – 8 kənd işıqsız qaldı

0
39

Goranboy rayonunda gecə saatlarından etibarən əsən güclü külək bir sıra fəsadlara yol açıb.

Xüsusilə Qızılhacılı qəsəbəsi ərazisində bir neçə ağac aşıb, nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Külək səbəbindən 8 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Aşan ağaclar ərazidən götürülüb, yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, hazırda bölgədə küləkli və yağışlı hava şəraiti davam edir.