Rusiyanın Ryazan şəhərinin sakini, gözdən əlil pensiyaçı Vladimir Krısanov öz əllərilə bir mərtəbəli həyət evi tikib. Ona yalnız yaşlı anası və evində saxladığı iti kömək edib.
Bu barədə Krısanovun özü “ForumHouse” YouTube kanalına müsahibəsində danışıb.
Təqaüdçü evini 2010-cu ildə tikməyə başlayıb. Əvvəlcə yay verandası düzəltmək istəyib, lakin bu zaman əsas yaşayış evi çökməyə başlayıb. Demək olar ki, bütün materiallar – taxtalar, pəncərə çərçivələri və s – zibillikdən yığılıb.
Adam tutmağa maddi imkanı olmayan və bir dəfə 25 min rublluq aldadılan 54 yaşlı kişi məcburiyyətdən hər şeyi, yavaş və gec olsa da, özü etməli olduğunu bildirib.