Gözaltı qaralmaları yaradan səbəblər – Ehtiyatlı olun

0
184

Göz altındakı qaralmalar həm genetik, həm də hər hansı bir xəstəlik nəticəsində əmələ gələ bilər. Məsələn, konyuktivit nəticəsində, allergik səbəblər və böyrəklə bağlı problemlərdən yarana bilər. Əgər bu halla üzləşibsinizsə, ilk olaraq mütləq göz həkiminə yaxınlaşın. Oftalmoloq göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını bildirəcəksə, növbəti müayinə böyrək olmalıdır.

Bu sözləri Dr.Rəfadar Xəlilov deyib.

Həkim bildirib ki, gözaltı qaralmalar geniş yayılmış problemdir və bir çox hallarda daxili xəstəliklər əlaqəlidir.

“Böyrəyin də hər tərəfli müayinəsindən sonra nəticələr normal çıxarsa, dermatoloqa müraciət olunmalıdır”, – deyə həkim qeyd edib