Göydən kakao tozu yağdı – FOTO

0
561

İsveçrənin Olten şəhərinin sakinləri bir neçə gün ərzində göydən qeyri-adi maddənin yağdığını müşahidə ediblər.Səmadan ələnən maddə kakao tozudur.

Yerli sakinlər də avtomobillərinin üzərinə qəhvəyi rəngli tozun səpildiyini təsdiq ediblər.

Müvafiq qurumların apardıqları araşdırma nəticəsində məlum olub ki, “Lindt & Sprüngli” şokolad zavodunun havalandırma sistemindəki nasazlıq nəticəsində kakao lobyasının zərrəcikləri atmosferə atılıb.

Zavoddan verilən açıqlamada isə qeyd olunub ki, kakao tozu ətraf mühit üçün heç bir təhlükə törətmir və bundan zərər görən bütün avtomobillər müəssisənin hesabına təmizlənəcək.