Göyçayda məhsul bolluğu bazar qiymətlərini aşağı salıb

0
461

Göyçay rayonunda cari ilin altı ayında tərəvəz məhsullarının, o cümlədən pomidor və xiyarın istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 586,9 ton artıb.
Rayon icra hakimiyyətindən  bildirilib ki, tərəvəzçilik əhalinin məşğul olduğu əsas təsərrüfat sahələrindəndir. Təkcə cari yarımillikdə 29 min 493,8 ton məhsul istehsal olunub ki, bunun 26 min 682,5 ton pomidor, 2811,3 tonu xiyardır.
Hazırda tərəvəz yığımının qızğın çağıdır. Ləkçıplaq, Şəkər, Mırtı və digər ərazi dairələrində torpaq mülkiyyətçiləri hər gün Göyçayın , eləcə də ətraf rayonların və iri şəhərlərin bazarlarına tonlarla pomidor və xiyar çıxarırlar. Təsadüfü deyildir ki, son günlər bu məhsulların bazar qiymətləri, habelə topdansatış qiymətləri 35-40 faiz aşağı düşüb.