Göyçay rayonunda 21 yaşlı qızı qaçıran şəxslə bağlı həbs qətimkan tədbiri seçilib. Feyruz Əliyev 4 aylıq həbs edilib.
Onun atası Mahmud Əliyev barədə isə ev dustaqlığı qərarı çıxarılıb.
Qeyd edək ki, Göyçayın Ulaşlı Şıxlı kəndində gənc qız Feyruz Əliyev, atası və anası ilə birlikdə 21 yaşlı qızı qaçıraraq tövlədə gizlədiblər.
Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılmışdı.