Rusiyada təyyarələr və kəşfiyyatçı-dronlar üçün görünməz olan “Tropa” passiv radiolokasiya stansiyası (RLS) yaradılıb.
Bu barədə “RİA novosti” məlumat yayıb.
Məlumata görə, bu barədə “OKB-Planeta” şirkətinin baş direktoru Aleksandr Petrov deyib.
Onun sözlərinə görə, RLS görünmür və eşidilmir. Eyni zamanda onun vasitəsilə uçan aparatlar haqqında məlumatlar da alına bilər.