Qərbi Afrikanı iqlim dəyişməsinin səbəb olduğu görünməmiş istilər bürüyüb.
Bu barədə “World Weather Attribution” (WWA) məlumat yayıb.
Bildirilib ki, martın sonunda və aprelin əvvəlində Selsi üzrə 40 dərəcədən yüksək (104°F) ölümcül istilər Qərbi Afrikanın bir çox ölkəsini bürüyüb.
Sahil, Mali və Burkina-Faso regionunda temperatur göstəriciləri o qədər yüksək olub ki, bu vəziyyəti 200 ildən bir baş verən hadisə ilə müqayisə etmək olar.
Qlobal iqlim dəyişməsi ekstremal istilərin yaranmasında əsas rol oynayıb. Antropogen amili temperaturun normadan artıq 1,4 dərəcə yüksəlməsinə səbəb olub. Bu, qitə sakinlərinin müşahidə etdiyi ən güclü istilərdir.
Malinin paytaxtı Bamakoda yerləşən “Gabriel Ture” xəstəxanası aprelin ilk günlərində 102 ölüm halı qeydə alıb. Ölənlərin təxminən yarısı 60 yaşdan yuxarı olanlardır.
WWA-nın qiymətləndirmələrinə görə, dəqiq məlumat olmasa da, istilərlə bağlı minlərlə ölüm hadisəsinin baş verdiyi ehtimal olunur.
“İndiki trayektoriya ilə qazıntı yanacağı tullantıları azalmazsa, biz bu cür istilik dalğalarının ola bilsin ki, 10 dəfə daha tez-tez, yəni potensial olaraq, ildə 20 dəfəyədək müşahidə olunacağını gözləyirik”, – deyə alimlər qeyd edirlər.